banner
banner

Hərbİ

Azərbaycan hərbçiləri MDB Silahlı Qüvvələrinin qərargah rəislərinin iclasında iştirak edəcək

Azərbaycan hərbçiləri MDB Silahlı Qüvvələrinin qərargah rəislərinin iclasında iştirak edəcək

MDB ölkələrinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi, ordu generalı Valeri Gerasimovun sədrliyi ilə bu gün Səmərqənddə (Özbəkistan) keçiriləcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyi məlumat yayıb.

"İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan və Ermənistanın hərbi nümayəndə heyətlərinin, həmçinin MDB İcraiyyə Komitəsinin və birliyin Müdafiə Nazirləri Şurasının Katibliyinin nümayəndə heyətlərinin iştirakı planlaşdırılır", - xəbərdə qeyd edilir.

"MDB üzvləri olan dövlətlərin hərbi nümayəndə heyətlərinin başçıları müdafiə və təhlükəsizlik sahəsində qarşılıqlı maraq kəsb edən əməkdaşlıq məsələləri kompleksini müzakirə edəcəklər, həmçinin MDB ölkələrinin sərhədləri üzrə formalaşan hərbi-siyasi vəziyyət üzrə fikir mübadiləsi aparacaqlar", - Rusiyanın Müdafiə Nazirliyində əlavə ediblər.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.