banner
banner

İdman

"Sivasspor" növbəti məğlubiyyətlə üzləşib, "Qarabağ" son pilləyə enib

"Sivasspor" növbəti məğlubiyyətlə üzləşib, "Qarabağ" son pilləyə enib

UEFA Avropa Liqasının qrup mərhələsində II tura start verilib. "Report"un məlumatına görə, ilk olaraq, 6 qrupda 12 görüş keçirilib.

"Qarabağ"ın yer aldığı I qrupunda "Sivasspor" Türkiyədə İsrailin "Makkabi" (Təl-Əviv) komandası ilə üz-üzə gəlib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 55-ci dəqiqədə meydan sahiblərindən Olarenvaju Kayode açıb. Lakin 65-ci dəqiqədə Samba Kamara penaltiyə səbəb olub və komandasını azlıqda qoyub. Dan Biton isə penaltini dəqiq yerinə yetirərək, hesabı bərabərləşdirib. Son nöqtəni isə 75-ci dəqiqədə Dor Perets qoyub.

Qrupun digər oyununda "Qarabağ" İspaniya "Vilyarreal"ına 1:3 hesabı ilə uduzub.

Bu nəticələrdən sonra "Vilyarreal" və "Makkabi" hərəyə 6 xalla liderliyini davam etdirib. Xalsız "Sivasspor" və "Qarabağ" isə 3-4-cü yerləri bölüşür.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.