Bu gün Gürcüstan parlamentinin "Gürcü Arzusu"ndan olan azərbaycanlı deputatı Mahir Dərziyev və Vahid Milli Hərəkat partiyasının üzvü olan Azər Süleymanov parlamentin iclasında öz etirazlarını bildiriblər. Onlar deputat Samvel Petrosyanın “erməni soyqırımı”na görə bir dəqiqəlik sükut elan etməsinə qarşı çıxıblar. Cia.az xəbər verir ki, M. Dərziyev APA-ya açıqlamasında məsələ ilə bağlı çıxış etdiklərini bildirib: "Erməni soyqırımı”nın tanınması məsələsi dəfələrlə Gürcüstan parlamentində qaldırılıb, lakin həm iqtidar, həm də müxalifət tərəfindən birmənalı şəkildə rədd olunub. Bu gün də oxşar mənzərə olub. İqtidar tərəfdən olan deputat Qubad Sanikidze, habelə müxalifətçi deputat Nuqzar Tsiklauri bu məsələni yenidən qaldırmağın düzgün olmadığını qeyd ediblər. Onlar vurğulayıblar ki, Gürcüstan milliyyətindən asılı olmayaraq bu ölkədə yaşayan vətəndaşların vətənidir və onların arasında milli ədavət salmaq cəhdləri uğursuzluğa düçar olacaq".
M. Dərziyev qeyd edib ki, ermənilər konkret faktlara və sənədlərə əsaslanmırlar: “Erməni soyqırımı” ilə bağlı ermənilər heç bir araşdırma aparmayıblar. Türkiyə tərəfi öz itkilərinin ermənilərdən də çox olduğunu dəfələrlə bildirib. Gürcüstan tərəfindən “soyqırımı”nın tanınması, Gürcüstanın qonşusu olan və NATO-nun üzvü olan Türkiyə ilə münasibətlərə xələl gətirə bilər və böhran yarana bilər. Mən həmçinin Gürcüstan parlamentinin üzvlərini ölkənin maraq və ziyanına olan bu cür cəfəngiyatları gündəmə gətirməməyə çağırdım”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.