Filippində “Qoni” tufanı nəticəsində 10 nəfər həyatını itirib
Filippin hakimiyyət orqanlarının bildirdiyinə görə, Lusona adasının yaxınlığından keçən “Qoni” tufanı nəticəsində ən azı 10 nəfər həyatını itirib.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, noyabrın 1-də həmin əraziyə çatan tufanın özü ilə gətirdiyi leysan yağışlar və güclü külək bütün regionda daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Çoxlu sayda ev su altında qalıb.
Təbii fəlakətlərlə mübarizə üzrə agentliyin bildirdiyinə görə, təqribən 390 min nəfər dövlət məktəblərinə və digər təxliyə mərkəzlərinə yerləşdirilib. Bir çox obyektlərə yerləşdirilənlərin sayı normadan artıq olduğuna görə, koronavirus pandemiyasının yayılması təhlükəsi yüksəkdir.
Yerli hakimiyyət orqanları hazırda təbii fəlakət nəticəsində zərər çəkən evlərin vəziyyətini araşdırır.
Yaponiya Meteorologiya Agentliyinin məlumatına əsasən, Filippinin şərqində yerləşən sularda daha bir tropik qasırğa – “Atsani” əmələ gəlib. Getdikcə daha çox güc toplayan yeni qasırğanın noyabrın 5-də Lusan adasına çatacağı gözlənilir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.