"Real Madrid"in futbolçularından biri Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda Milan "İnter"i ilə matçdan əvvəl koronavirusa yoluxub.
“Report” xəbər verir ki, bu barədə "Football Italia" bildirib.
Təhlükəli infeksiyaya yoluxan oyunçunun adı açıqlanmır. Məlumata görə, əgər koronavirusla bağlı ikinci test müsbət nəticə göstərsə, onda futbolçu Çempionlar Liqasının görüşünü buraxmağa məcbur olacaq.
Xatırladaq ki, "Real" "İnter" oyunu Madriddə "Santyaqo Bernabeu" stadionunda keçiriləcək.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb