banner
banner

Dünya

İzmirdə təcili söküləcək tikililərin sayı 41-ə çatıb

İzmirdə təcili söküləcək tikililərin sayı 41-ə çatıb

İndiyə kimi 2 min 234 bina araşdırılıb. Ciddi ziyan görən və təcili söküləcək tikililərin sayı 41-ə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Ətraf Mühit və Şəhərsalma naziri Murat Kurum ölkənin İzmir vilayətində baş vermiş zəlzələ ilə bağlı araşdırmaların ilkin nəticəsini açıqlayarkən bildirib.

Zəlzələ baş verən andan axtarış-xilasetmə işlərinin fasiləsiz davam etdirildiyini vurğulayan nazir deyib: “Zəlzələdən sonra İzmirin Seferihisar rayonunda baş vermiş sunami nəticəsində təxminən 200 iş yerinə zərər dəyib. Bu da təxminən 15 milyon türk lirəsi təşkil edir. Bununla bağlı qismən ödəmələrə başlanılıb”.

Qeyd edək ki, ziyan görən binalar arasında İzmir Böyükşəhər Bələdiyyəsinin inzibati binası da var. Bölgədəki binaların araşdırılmasına dair son nəticələr əldə edilənə kimi, bələdiyyə binasının fəaliyyəti tam dayandırılıb.

Son məlumatlara əsasən, zəlzələ nəticəsində həlak olanların sayı 73 nəfərə çatıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.