banner
banner

Dünya

Son sutkada İranda koronavirusdan 440 nəfər ölüb

Son sutkada İranda koronavirusdan 440 nəfər ölüb

Bu günə olan məlumata görə İranda 8 min 289 nəfər koronavirusa yoluxub, 440 nəfər isə vəfat edib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Səadət Lari verib. Onun sözlərinə görə İranda virusa yoluxanların ümumi sayı 620 min 878 nəfər, ölənlərin sayı isə 35 min 738-ə çatıb.

Müalicəsi davam edən 5 min 315 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 491 min 247 nəfər sağalaraq evə buraxılıb.

İranın 25 vilayətindəki 46 şəhərdə 10 gün müddətində yenidən karantin rejimi tətbiq olunub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.