banner
banner

Dünya

Gürcüstanda son sutkada koronavirusdan 20 nəfər vəfat edib

Gürcüstanda son sutkada koronavirusdan 20 nəfər vəfat edib

Gürcüstanda son sutkada daha 1 943 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 1 833 nəfər sağalaraq evə buraxılıb, 20 pasiyent isə vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 44 522-yə çatıb. Onların 28 633-ü sağalıb, 362-si isə dünyasını dəyişib.

Hazırda karantində 3 080, stasionar nəzarətdə 4 253 nəfər saxlanılır. Xəstəliyi yüngül formada keçirən 2 264 nəfər isə xüsusi otellərdə müalicə olunur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.