banner
banner

İdman

Əfsanəvi futbolçunun vəziyyəti ağırlaşıb

Əfsanəvi futbolçunun vəziyyəti ağırlaşıb

Demensiya xəstəliyindən əziyyət çəkən Almaniya millisinin və "Bavariya"nın sabiq futbolçusu Herd Müllerin vəziyyəti ağırlaşıb.

"Report" xəbər verir ki, bu barədə veteran hücumçunun həyat yoldaşı Uşi Müller "Bild" nəşrinə açıqlamasında deyib.

Onun sözlərinə görə, əfsanəvi oyunçu demək olar ki, heç nə yemir və yataqdan qalxa bilmir: "Arada gözlərini açanda sevinirik. Danışa bilmir, gözləri ilə "bəli" və ya "yox" deyir. O, hər zaman mübarizliyi il seçilib. İndi də belədir. Gözləri yumulur, nadir hallarda ağzını açır və yalnız püre yeyir".

Qeyd edək ki, 2015-ci ildə demensiya diaqnozu qoyulmuş Herd Müler "Bavariya"nın heyətində 3 dəfə Çempionlar Liqasının qalibi olub. Bu gün 75 yaşı tamam olan veteran futbolçu Almaniya millisi ilə Avropa və dünya çempionluğunu qazanıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.