banner
banner

İdman

Məşhur klub Çempionlar Liqasından imtina etdi

Məşhur klub Çempionlar Liqasından imtina etdi

Rusiyanın Sverdlovsk vilayətinin qadınlar voleybolçulardan ibarət "Uraloçka-NTMK" klubu Çempionlar Liqasına qatılmaqdan imtina edib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, buna koronavirus pandemiyası səbəb olub. Qərar klub rəhbərliyi tərəfindən bir gün əvvəl qəbul olunub.

Rusiya təmsilçisi bölgədəki və dünyadakı epidemioloji vəziyyətə görə turnirdə iştirak üçün müraciətini geri götürüb.

Qeyd edək ki, bu mövsüm qadınlar arasındakı Çempionlar Liqası turnirində 29 komanda iştirak etməli idi. Yarış cari mövsüm yeni formatda keçirilir. "Uraloçka"-NTMK"dan əlavə, "Lokomotiv" (Kalininqrad), "Dinamo - Ak Bars" (Kazan) və Moskva "Dinamo"su Rusiyanı təmsil etməlidir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.