banner
banner

İdman

Ronaldo ən yaxşı bombardirlər siyahısında liderdir

Ronaldo ən yaxşı bombardirlər siyahısında liderdir

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo 2020-ci ildə Avropanın 5 ən böyük liqasının bombardirləri arasında liderdir.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, portuqaliyalı hücumçu son olaraq "Spezia" ilə matçda (1:4) iki qol vurub. Bununla da, 35 yaşlı oyunçu A seriyasında bu il vurduğu qolların sayını 26-ya (22 oyun) yüksəldib. Ronaldo "Bavariya"nın hücumçusu Robert Levandovskini (19 oyunda 25 qol) geridə qoyaraq bu il Avropanın 5 ən böyük liqasında ən yaxşı bombardirlər siyahısında ilk pillədə yer alıb.

Qeyd edək ki, siyahının növbəti pillələrində "Latsio"dan Çiro İmmobile (22 qol), "Sassuolo"dan Françesko Kaputo (18), "Borussiya"dan (Dortmund) Erlinq Holand (18), "Liverpul"dan Məhəmməd Salah (17) və "Milan"dan Zlatan İbrahimoviç (17) qərarlaşıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.