ABŞ-ın Nevada ştatında atışma baş verib.
Bu barədə “Report” yerli KSNV telekanalına istinadən xəbər verir. Bildirilir ki, hadisə Henderson şəhərində qeydə alınıb. Atışma zamanı 4 nəfər həlak olub. Məlumata görə, atəş açmaqda şübhəli bilinən şəxs də ölüb.
Polis hadisənin təfərrüatını araşdırır.




