banner
banner

Hərbİ

Cəbhədən son xəbər: Laçın dəhlizi və Laçın-Şuşa yolu bağlandı-ermənilərin etirafı

Cəbhədən son xəbər:

Erməni tərəf Laçın dəhlizi istiqamətində döyüşlərin getdiyinə dair məlumat yayıb.
Bunu Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan yayıb.  Yayılan məlumatda “Ermənistanla Dağlıq Qarabağı birləşdirən əsas yol (Laçın dəhlizi) hazırda mülki şəxslərin hərəkəti üçün müvəqqəti bağlanıb”,-deyə bildirilir.

 İşğalçı ölkə iddia edir ki, yolun qapadılmasının əsas səbəbi guya Azərbaycanın diversiya qruplarına qarşı əməliyyatların keçirilməsidir.

Bundan əlavə, işğalçı ölkə Şuşa-Laçın yolunun da “mülki əhali üçün” müvəqqəti bağlandığını açıqlayıb.

Düşmən dolayısı ilə etiraf edir ki, artıq onun üçün həlqə daralır və yeganə yolun Azərbaycan ordusunun nəzarət altına düşməsi ilə işğalçı ordu tam mühasirə vəziyyətində qalmış olacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.