banner
banner

İdman

“Neftçi” ilə xal fərqini azaltmağa çalışacağıq”

“Neftçi” ilə xal fərqini azaltmağa çalışacağıq”

“Qəbələ” Azərbaycan Premyer Liqasının aprelin 17-də keçiriləcək 30-cu turun “Neftçi” ilə oyununun hazırlıqlarını davam etdirir.

Qol.Az-ın məlumatına görə, “qırmızı-qaralar”ın yarımmüdafiəçisi Elvin Camalov qarşılaşma və ardıcıl 6 qələbə qazanan komandanın çıxışları ilə bağlı fikirlərini klubun saytına açıqlayıb:

“Neftçi” ilə oyunda qələbə qazanıb, xal fərqini azaltmağa çalışacağıq. Çempionatı ilk “üçlük”də bitirib, mükafatçılar sırasına düşmək istəyirik. Ən əsası isə avrokuboklara vəsiqə qazanmalıyıq. Bunun üçün isə qarşıdakı bütün oyunlarda maksimum çalışıb, qalib gəlməliyik. Son 6 çempionat oyununda qələbə qazanmışıq. Bu uğurlu seriyanı davam etdirmək haqqında düşünürük. Biz oyundan-oyuna daha da yaxşı çıxış etməyə, bizi dəstəkləyən hər kəsi sevindirməyə çalışacağıq”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.