banner
banner

Hərbİ

MN rəsmisi: Düşmən cəbhənin dərinliklərində belə darmadağın edilir

MN rəsmisi:

"Beynəlxalq humanitar hüququn prinsiplərinə ciddi riayət edilərək yalnız legitim obyektlərə atəş açılır".

"Report" xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

"Ordumuza qarşı assimmetrik müharibə aparan düşmən qruplaşmaları bölmələrimiz tərəfindən cəbhənin dərinliklərində belə aşkarlanır və darmadağın edilir. Dağlarda, meşələrdə və səngərlərdə mərdliklə vuruşan Azərbaycan əsgəri bağçalar, məktəblər və digər mülki obyektlərdə gizlənən düşmənə qarşı mübarizə aparır", - o qeyd edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.