“Veriliş ATV-də olduğu kimi bazar günləri efirə çıxacaq, amma həftəiçi də mənim yeni bir layihədə olacağım nəzərdə tutulur”
ATV-də 5 ildir yayımlanan “Səni axtarıram” layihəsinin müəllifi, aparıcısı, tanınmış jurnalist Xoşqədəm Hidayətqızı aprelin 15-dən Azərbaycanın ilk müstəqil telekanalı olan ANS-də işə başlayıb. Bu barədə musavat.com-a Xoşqədəm Hidayətqızı məlumat verib. O deyib ki, ANS-də yüksək səviyyədə iş şəraiti var: “Bu gün bizim ilk iş günümüzdür. Çox maraqlıdır. Siz bilirsiniz ki, mən dünya mediası ilə əlaqələri olan bir insanam. Mən ANS-də elə ilk gündəcə BBC-nin təcrübəsini gördüm. Burdakı iş prinsipi, burdakı işçiyə yanaşma, qaydalar tam mənim istədiyim kimidir. Ona görə də yerdəyişmə bizə çətinlik yaratmadı. Çünki mənim iş prinsipimin ANS-dəki iş prinsipi ilə üst-üstə düşdüyünü gördüm. Necə ki, dünyanın irəlidə gedən media holdinqlərində, telekanallarında iş prinsipi, işgüzar mühit var, ANS-də də o şəkildədir. Bir sözlə, bizə burada çox rahatdır”.
X.Hidayətqızı aprelin 14-də ANS-in rəhbərliyi ilə də görüşdüklərindən danışdı: “Dostlar, mən əvvəl işlədiyim kanaldan ayrılarkən kim ”Səni axtarıram"ı seçdisə, onlar da mənimlə ANS-ə gəldi. Çox səmimi, xoş görüş oldu. Hörmətli Vahid müəllim bizə hədiyyələr verdi. İlkin təəssüratımız çox yaxşı oldu. Biz özümüz üçün bu qərara gəldik ki, ATV-də nə qədər çox işləyirdiksə, ANS-də bundan bir neçə dəfə çox işləməliyik. Çünki burada bir döyüş ruhu, daim birinci olmaq iddiası, əzmi var, daim ən yaxşı iş ortaya qoymaq istəyi var".
İlk verilişin efirə nə vaxt çıxacağı barədə suala cavabında teleaparıcı məlumat verdi ki, dekorasiyanın hazırlanması prosesi ilə bağlı son işlər gedir, bir neçə günə bitəcək: “Veriliş ATV-də olduğu kimi bazar günləri efirə çıxacaq. Amma həftəiçi də mənim yeni bir layihədə olacağım nəzərdə tutulur. Bununla bağlı da işlər gedir. Yəqin ki, bununla bağlı ANS açıqlama verəcək. Hər bazar günü eyni vaxtda əziz tamaşaçılarımız ”Səni axtarıram"ı ANS-də izləyəcəklər. Sadəcə, məkanı dəyişmişik və ilk müstəqil telekanalımız olan ANS-də verilişimizi izləyəcəksiniz".
Verilişin adı və formatının eynilə qalıb-qalmayacağına gəlincə, X.Hidayətqızı vurğuladı ki, formatda müəyyən dəyişikliklər olacaq: “Əslində mən keçən ilin avqustundan formatda müəyyən dəyişikliklər etmək istəyirdim. Hətta bununla bağlı Vüqar Qaradağlıya və Rauf Dadaşova təklif də etmişdim. Yanvar ayından dəyişiklik ediləcəyini desələr də vaxt gəlib çatanda vədlərini yerinə yetirmədilər. Allah nəsib etdi, bu ideyalarımı ANS-də gerçəkləşdirmək imkanı qazandım. Buna görə də ANS rəhbərliyinə təşəkkür edirəm. Adın necə olmasının isə o qədər də böyük önəmi, məncə, yoxdur. Yəqin ki, siz də şahidsiniz ki, Azərbaycan ictimaiyyəti o verilişi ”Səni axtarıram"dan çox, “Xoşqədəmin verilişi” deyə çağırırdı. Odur ki, adın ciddi önəmi yoxdur. Adı brendə çevirən iş qabiliyyəti, beyin burdadırsa, fərq etməz, nə olur-olsun".
X.Hidayətqızı son günlər yaşanan proseslərdə minlərlə tamaşaçı zəngi aldığını da qeyd etdi. Ona tamaşaçılardan və mediadakı dostlarından, ədalətli insanlardan böyük dəstək gəldiyini vurğuladı və buna görə hər kəsə təşəkkür etdi.
Bəzi saytlarda isə Xoşqədəm Hidayətqızının ATV-dən ANS-ə keçməsinin vitse-prezident Seyfulla Mustafayevlə qardaşı Vahid Mustafayev arasında anlaşılmazlıq yaratdığı barədə xəbər yayılıb. ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev isə Xoşqədəm Hidayətqızının gəlişinin telekanal daxilində narazılıq yaratmasıyla bağlı xəbərlərə sərt reaksiya verib. M.Ağayev belə bir yalan informasiyanı yayanın ünvanına çox kəskin söyüş söyüb.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.