banner
banner

İdman

FIFA prezidenti Beynəlxalq Olimpiya Komitəsindən kənarlaşdırıla bilər

FIFA prezidenti Beynəlxalq Olimpiya Komitəsindən kənarlaşdırıla bilər

Oktyabrın 26-da Beynəlxalq Olimpiya Komitəsinə (IOC) bu yay İsveçrədə barəsində cinayət işi açılan FIFA prezidenti Canni İnfantino ilə bağlı şikayət daxil olub.

"Report" "Le Monde" nəşrinə istinadən xəbər verir ki, müraciət 2017-ci ildə futbol agentlərinin qanunsuz fəaliyyətlərinin araşdırılmasına başlayan" "Sport 7" şirkətinin vəkili Filip Rents tərəfindən edilib.

Şikayətdə italiyalı funksionerin Olimpiya xartiyasının bir neçə bəndini pozduğu üçün dərhal IOC-nin İcraiyyə Komissiyasına üzvlükdən çıxarılması xahiş olunub. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, xidməti sirlərin pozulmasında və cinayət istintaqının aparılmasına mane olmaqda ittiham olunur.

Qeyd edək ki, Canni İnfantino 2020-ci ilin yanvarından Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komissiyasının üzvüdür.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.