İnternetdə müğənni Rihannanın narkotik maddə istifadə etdiyi iddia edilən videosu yayılıb.
Axşam.az-ın "Hürriyet"ə istinadən məlumatına görə, "Coachella" musiqi festivalından əvvəl çəkilən görüntülərdə məşhur ulduz əlində tutduğu ağ rəngdə əşyanı burnuna tutur.
Lakin kokain çəkmədiyini deyən müğənni sosial şəbəkədə videonu paylaşan adama cavab verib:
"Hətta hər hansı axmaq da mənim orada tütün doldurduğumu görə bilər. Kim burnuna tütün çəkər ki?".
Daha sonra ifaçı İnstaqram hesabından başqa bir video paylaşaraq baş verənləri bir daha təkzib edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.