banner
banner

Gündəm

Sevil Əliyeva: “Qardaşıma sonsuz minnətdaram”

Sevil Əliyeva:

“Şuşanın azad edilməsi bütün azərbaycanlıların ümummilli bayramıdır”.

CİA.AZ xəbər verir ki, bunu haqqın.az saytına Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bacısı Sevil Əliyeva qələbə sevincini bölüşərkən deyib.

Sevil Əliyeva bildirib ki, Şuşanın azad edilməsi ilə bağlı Prezidentin 8 noyabrda xalqa müraciətini heyranlıq hissi ilə dinləyib:

“İnanılmaz sevinci mən həm də ona görə yaşayıram ki, bu gün bizim ailəmiz üçün də özəldir. Bu gün bizim valideynlərimiz- Zərifə və Heydər Əliyevlərin toy günüdür".

"Və mən qardaşım, Prezident İlham Əliyevə sonsuz minnətdaram ki, bu müqəddəs günü bizim üçün belə bir möhtəşəm hadisəylə - Şuşanın azad edilməsi ilə qeyd etdi".

"Hamımızı təbrik edirəm!”



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.