banner
banner

İdman

“Qarabağ”la “Neftçi” arasında qarşılaşmaların tarixində ən böyük fərqli hesab qeydə alınıb

“Qarabağ”la “Neftçi” arasında qarşılaşmaların tarixində ən böyük fərqli hesab qeydə alınıb

“Qarabağ” - “Neftçi” qarşılaşmalarda ilk – yubiley, darmadağın...

“Qarabağ” Azərbaycan çempionatlarında 500-cü səfər qoluna imza atıb. 

Apasport.az saytının məlumatına görə, qolun müəllifi Filip Ozobiç olub.

O, Premyer Liqanın IX turunun “Neftçi” ilə görüşündə hesabı açaraq yubiley topunun müəllifi olub. 6:0 hesabı ilə qalib gələn ağdamlılar bu rəqəmi 505-ə də çatdırıb.

Xorvatiyalı yarımmüdafiəçinin ilk qolu onun Premyer Liqada 30-cu topu olub. “Qarabağ”a qədər “Qəbələ”də də oynamış Ozobiç het-trik edərək bu rəqəmi 32-yə yüksəldib.

Bu qarşılaşma üç rekordla da əlamətdar olub. Birincisi, cari mövsümün ən böyükhesablı qələbəsi qeydə alınıb. İkincisi, “Qarabağ”la “Neftçi” arasında qarşılaşmaların 28 illik tarixində ən böyük fərqli hesab rəsmiləşib. Üçüncüsü, bu, Ağdam klubunun tarixində çempionatdakı ən böyükhesablı səfər qələbəsinin təkrarı olub. Qurban Qurbanovun yetirmələri 2018/19 mövsümündə “Zirə” və “Sumqayıt”, ötən çempionatda isə yenidən “Zirə”ni rəqib meydanında 6 cavabsız qolla üstələyib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.