banner
banner

Dünya

Gürcüstanda son sutkada koronavirusdan 45 nəfər ölüb

Gürcüstanda son sutkada koronavirusdan 45 nəfər ölüb

Gürcüstanda son sutkada daha 2 911 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 2 421 nəfər sağalıb, 45 pasiyent isə vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 66 561-ə çatıb. Yoluxan şəxslərin 49 811-i sağalıb, 566-sı isə dünyasını dəyişib.

Hazırda karantin zonalarında 2 656, stasionar nəzarətdə isə 4 878 nəfər saxlanılır. Xəstəliyi simptomsuz keçirən 3 181 nəfər isə xüsusi otellərdə müalicə alır.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.