banner
banner

Hərbİ

Şəhid gizir torpağa tapşırıldı

Şəhid gizir torpağa tapşırıldı

Erməni silahlı bölmələrinin atəskəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, gizir Şahmurad Əlizadənin cənazəsi dəfn olunmaq üçün doğulduğu Biləsuvar şəhərinə gətirilib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, cəbhənin Ağdam istiqamətində düşmən gülləsinə tuş gələn 23 yaşlı Şahmurad 2 ildən artıq idi ki, ön cəhbədə vətənin müdafiəsində dayanmışdı. Doğma ocağına şəhid kimi dönən gizirin cənazəsi rayon ictimaiyyəti, xidmət etdiyi hərbi hissənin, doğmalarının iştirakı və üçrəngli Azərbaycan bayrağının müşayiəti ilə kənd qəbristanlığına aparıldı. Şəhid dünyadan vaxtsız köçmüş atasının yanında torpağa tapşırıldı.

Mərasimdə iştirak edən müdafiə nazirliyinin rəsmiləri xidməti vəzifəsini yerinə yetirərkən həlak olan Şahmurad Əlizadənin xatirəsinin daim anılacağını,vətən yolunda şəhidliyin bundan sonrakı nəsillər üçün də müqəddəs borc olduğunu bildirdilər.

Şəhidin doğmaları da vətənə layiqli, gənc nəslə örnək oğul böyütdüklərinə görə fəxr etdiklərini dilə gətirdilər. Azərbaycan bayrağı şəhidin qardaşlarına təqdim edildi.

Şahmurad Əlizadələr ailəsinin 3-cü oğul övladı idi. indi bu ocağa gələnləri igid gizirin şəhid ruhu, bir də yenilməz Azərbaycan bayrağı salamlayır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.