banner
banner

Gündəm

Hikmət Hacızadə insult keçirib

Hikmət Hacızadə insult keçirib

Tanınmış politoloq, Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə insult keçirib.

Musavat.com xəbər verir ki, bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı sosial şəbəkədə yazıb. A.Hacılının statusunu təqdim edirik:"Acı xəbər aldıq.
Azərbaycan Xalq Hərəkatı liderlərindən biri, Baş Nazirin müavini və Azərbaycanın Rusiyadakı səfiri olmuş, görkəmli ziyalımız Hikmət Hacızadə insult keçirib, hazırda reanimasiya şəraitində müalicə olunur.
Allahdan şəfa diləyirəm.
Dualarımız Hikmət bəy üçündür".

H.Hacızadənin sağlıq durumu ilə bağlı detallı məlumatı növbəti saatlarda çatdıracağıq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.