banner
banner

Sosİal

Eldəniz Quliyevə hökm oxundu

Eldəniz Quliyevə hökm oxundu

Bu gün Nəsimi Rayon Məhkəməsində Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, kinorejissor Eldəniz Quliyevin məhkəmə prosesi keçirilib.

CİA.Az-ın Virtualaz.org-a istinadən verdiyi məlumata görə, prosesdə məhkəmənin qərarı elan olunub. Məhkəmənin qərarı ilə E.Quliyev 480 saat müddətində ictimai işlərə cəlb olunub və 1000 manat cərimələnib. Onun haqqında başqa yerə getməmə haqda qərar hökm qanuni qüvvəyə minənə qədər qüvvəsində saxlanılıb.

Xatırladaq ki, daxili işlər naziri Ramil Usubov Eldəniz Quliyevin Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələri ilə cəzalandırılması üçün xüsusi ittiham qaydasında məhkəmədə iddia qaldırıb.

İddiaya səbəb isə Eldəniz Quliyevin yol polisi barədə yazdıqları olub. Belə ki, E.Quliyev bir müddət əvvəl mətbuatda R.Usubova müraciət ünvanlayıb. Müraciətdə bəzi yol polisi əməkdaşlarının öz vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə diqqət çəkən E.Quliyev R.Usubovu məlum problemin həlli istiqamətində konkret addımlar atmağa səsləmiş, bu zaman polis barədə sərt ifadələr işlətmişdi.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.