banner
banner

İdman

Türkiyə millisi Rusiyaya qalib gəlib: 3:2

Türkiyə millisi Rusiyaya qalib gəlib: 3:2

Bu gün UEFA Millətlər Liqasında 5-ci turun son oyunları keçirilir. 

Türkiyə seçməsi B Liqasında Rusiyanı qəbul edir. İstanbulda keçirilən görüşün birinci hissəsi gərgin keçib. Qrup lideri olan Rusiya ilk qolu vursa da, oyunçularından biri qırmızı vərəqə alıb və Türkiyə komandası bundan istifadə edərək 5 dəqiqə ərzində rəqibin qapısından iki top keçiriblər.

Rusiya qalib gələrsə xallarının sayını 11-ə çatdıracaq. Türkiyənin 3 xalı var və bu oyunda ona mütləq qələbə lazımdır.//Musavat.com

***

Futbol üzrə Türkiyə milli komandası növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, qardaş ölkə təmsilçisi Millətlər Liqasının V turunda Rusiya ilə qarşılaşıb.

B liqasının 3-cü qrupunun İstanbulda baş tutan görüşü məhsuldar alınıb. Rusiyalılar Denis Çerışevin erkən qolu ilə hesabı açıb.

Lakin qrup liderinin üstünlüyü uzun sürməyib. 24-cü dəqiqədə qırmızı vərəqə alan Andrey Semyonovun meydanı tərk etməsindən sonra say üstünlüyü qazanan Şenol Günəşin yetirmələri qısa müddətdə iki qol vurub. Kenan Karaman və Çengiz Ündər 7 dəqiqəyə vurulan toplarla “ay-ulduzlular”ı hesabda önə çıxarıb.

Fasilədən sonra Cenk Tosun penaltini dəqiq yerinə yetirərək fərqi iki topa çatdırıb. Amma rusiyalılar Daler Kuzyayevin qolu ilə hesabdakı fərqi yenidən minimuma endirib.

Beləliklə, turnirdə ilk qələbəsini qazanan Türkiyə yığması A liqasına yüksəlmək şansını ən azı günün ikinci matçına qədər qoruyub. Macarıstan xal itirsə, “ay-ulduzlular” son tura da ümidlə çıxacaq. Türkiyə yığması bu üstünlüyü sonadək qorumağa müvəffəq olub. Qrup lideri olan şimallılar isə ilk məğlubiyyətini alıb.

Qeyd edək ki, qrupun bu gün keçiriləcək digər oyununda Macarıstan Serbiyanı qəbul edəcək. Noyabrın 18-də baş tutacaq son turda Macarıstan Türkiyə, Serbiya isə Rusiya ilə ev matçına çıxacaq.

Millətlər Liqası
V tur
15 noyabr
B liqası
3-cü qrup
21:00. Türkiyə - Rusiya - 3:2
Karaman, 27, Ündər, 32, Tosun, 52 (pen.) - Çerişev, 11, Kuzyayev, 57

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.