banner
banner

Gündəm

Rus sülhməramlılar hansı halda silahdan istifadə edə bilər? - AÇIQLAMA

Rus sülhməramlılar hansı halda silahdan istifadə edə bilər? - AÇIQLAMA

Dağlıq Qarabağa Rusiya sülhməramlılarının yerləşdirilməsinin hüquqi bazası Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında imzalanmış birgə bəyanatdır.

BAKU.WS xəbər verir ki, sülhməramlılar üçün vacib amil neytrallığın (tərəfsizliyin) qorunmasıdır.

Ehtiyatda olan polkovnik, sabiq briqada komandiri Şair Ramaldanov hesab edir ki, müafiq razılaşma əsasında yaradılmış monitorinq qrupu sülhməramlıların fəaliyyətinin izlənilməsi və koordinasiyası ilə məşğul olacaq.

Hərbi ekspert həmçinin deyib ki, sülhməramlılarla bağlı beynəlxalq qanunvericilikdə onların silahdan istifadə halları, patrul qaydaları və digər amillər aydın təsbit olunub.

Qeyd edək ki, Rusiya sülhməramlıları münaqişə zonasına müəyyən mandat və təlimatlar əsasında yerləşdirilib. Üstəlik sülhməramlıların fəaliyyəti xüsusi mərkəzdən izlənəcək.

"Silahı maksimum məhdudlaşdıran amillər var. Onlar silahı həyatlarına təhlükə yarandığı və başqa yol olmadığı halda istifadə edə bilərlər. Onlar tam neytral mövqe tutacaqlar və bu neytrallığın aliliyini saxlamaqla tapşırıqları yerinə yetirəcəklər. Bütün faəliyyətlər video materiallarla müəyyən bir şəkildə çəkilib birbaşa monitorinq mərkəzinə göndəriləcək və oradan vəziyyətə uyğun hansı addımlar atılması barədə qərar qəbul olunacaq", - deyə sabiq briqada komandiri bildirib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.