Populyar “Forbes” jurnalı 2020-ci ildə dünyanın ən çox qazanan ölü məşhurlarının siyahısını açıqlayıb.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar arasında ilk yerdə 50 yaşında vəfat edən popun kralı Maykl Cekson qərarlaşıb. Sənətçinin gəliri 48 milyon dollar təşkil edir.
Siyahının ikinci pilləsində amerikalı uşaq kitabları müəllifi Teodor Syuz Qaysel yer alıb. 77 yaşında həyatını itirən yazıçının qazancı 33 milyon dolardır.
Üçüncü yerdə isə amerikalı cizgi film qəhrəmanları yaradıcısı Çarlz Şulz qərarlaşıb. Onun gəliri 32 milyon 500 min dollar təşkil edir. Ölümündən sonra ən çox qazananlar siyahısında Elvis Presli, Kobi Brayant, Prins, Merlin Monro kimi məşhurlar da var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.