İşlərinə görə iki günlük İstanbula gedən müğənni İzzet Yıldızhan Akmerkezdə obyektivlərə tuş gəlib.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi jurnalistlərin suallarını cavablandırıb.
Yıldızhan ailəsi ilə birlikdə bir neçə il əvvəl köçdüyü İzmirdə baş verən zəlzələdən danışıb. İfaçı "Yaşadığımız qorxulu anları ifadə edə bilmərəm. Uşaqlar da çox qorxdular. Həmin an ancaq uşaqlarımı düşündüm" deyə, bildirib.
İzzet dağılan binanın yaxınlığında yerləşən ofisinin də söküləcəyini söyləyib:
"Ofisimin yerləşdiyi bina da zədələnib. Qərar verildi ki, sökülsün".
Avtomobilinin zəlzələ zamanı uçqun altında qaldığı sualına isə "Qalsa, nə olacaq ki? On avtomobilim də qalsın orda" cavabını verib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.