Gələn il Bakıda keçirilən I Avropa Oyunları ilə əlaqədar paytaxtda nəqliyyatın sıxlığının aradan qaldırılması üçün bir sıra tədbirlər həyata keçiriləcək. Bununla bağlı Nəqliyyat Nazirliyində Tədbirlər Planı hazırlanır.
Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov bildirib.
Ə. Cəfərov qeyd edib ki, Olimpiya stadionuna gedən avtomobil yolunda marşrutların maneəsiz hərəkətinin təşkili məqsədilə müəyyən variantlar üzərində iş gedir. Belə ki, nəqliyyatın hərəkətinin asanlaşdırılması üçün Nizami rayonu Koroğlu metro stansiyası ərazisində yerləşən avtobus dayanacaqlarının Bakıxanov qəsəbəsi, Qara Qarayev metro stansiyası ətrafına köçürülməsi ehtimal edilən versiyalardan biridir.
Onun sözlərinə görə, hazırda müxtəlif sahələr üzrə Bakı şəhər İcra Hakimiyyətinin rəhbərlik etdiyi komissiyalar çalışırlar.
“I Avropa Oyunlarında avtobusların dislokasiya nöqtələrinin hansı ərazidə yerləşəcəyi barədə müzakirə edilir. Qeyd edilən ərazidə nəqliyyatın hərəkəti mütləq məhdudlaşdırılacaq. Bütün bunlar günün tələbatından asılı olacaq. Lakin bu gün bunu demək çətindir”, - deyə Ə. Cəfərov qeyd edib.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.