banner
banner

İdman

Uruqvay millisində koronavirusa kütləvi yoluxma qeydə alınıb

Uruqvay millisində koronavirusa kütləvi yoluxma qeydə alınıb

Futbol üzrə Uruqvay milli komandasında koronavirusa kütləvi yoluxma aşkarlanıb.

"Report" assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçi Aleksis Rolin və hücumçu Dieqo Rossinin test nəticəsi müsbət olub.

Bundan əlavə, nümayəndə heyətinin 5 üzvü infeksiyaya yoluxub.

Bir neçə gün öncə isə İspaniya "Atletiko"sunun uruqvaylı futbolçusu Luis Suaresdə koronavirus aşkarlanıb. Təcrübəli forvard bu səbəbdən Madrid təmsilçisinin növbəti oyunlarını buraxmalı olacaq.

Qeyd edək ki, Uruqvay millisi noyabrın 18-də dünya çempionatının seçmə mərhələ oyununda Braziliyaya 0:2 hesabı ilə uduzub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.