banner
banner

Gündəm

Türkiyədə silsilə terror aktlarının qarşısı alınıb

Türkiyədə silsilə terror aktlarının qarşısı alınıb

DHKP-C ilə əlaqədə şübhəli bilinən 60-dan çox şəxs saxlanılıb 

Türkiyə xüsusi xidmət orqanlarının əməkdaşları əvvəl saxladıqları DHKP-C (Devrimci Halk Kurtuluş Partisi-Cephesi) terror təşkilatının iki üzvünün evində keçirilən baxış zamanı onların ölkə ərazisində silsilə terror aktlarının hazırlandığını təsdiqləyən dəlillər aşkarlayıb. APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə,  Türkiyə Təhlükəsizlik İdarəsinin məlumatına əsasən, terrorçuların evində keçirilən baxış zamanı və onlara məxsus kompüterlərdə üzvü olduqları təşkilatın parlament deputatlarına, Milli Kəşfiyyat Xidmətinin zabitlərinə, polis əməkdaşlarına, sahibkarlara və ABŞ vətəndaşlarına qarşı sui-qəsd planlarını təsdiqləyən sənədli dəlillər aşkarlayıb.     

Məlumata görə, terrorçular, polis forması geyinərək, polis idarələrinə daxil olaraq partlayışlar törətmək niyyətində olublar. Bundan başqa, onlar Bosfor və Dardanel boğazlarından keçən ABŞ gəmilərinə və iri sahibkarlara məxsus gəmilərə qarşı diversiya hazırlamaq məqsədi ilə dayvinq (dalğıc) təlimi keçiblər. Terrorçular sui-qəsdlərin törədilməsində, həmçinin, zəhərli maddələrdən istifadə etməyi planlaşdırıb. 

Qeyd edək ki, martın sonunda DHKP-C-in iki üzvü İstanbulda məhkəmənin binasına vəkil qismində daxil olaraq prokuror Səlim Kirazı girov götürüb, sonra isə qətlə yetiriblər. Keçirilmiş əməliyyat zamanı hər iki terrorçu məhv edilib. Bundan bir gün sonra DHKP-C üzvü Elif Sultan Kalsen İstanbulda polis məntəqəsinə silahlı hücum edib. Terrorçu qadın atışma zamanı məhv edilib, iki polis əməkdaşı yaralanıb.  Bu hadisələrdən sonra polis ölkə miqyasında antiterror əməliyyat keçirib, nəticədə DHKP-C ilə əlaqədə şübhəli bilinən 60-dan çox şəxs saxlanılıb.  

DHKP-C, həmçinin 2013-cü ilin fevralında  ABŞ-ın Ankaradakı  səfirliyinə bir mühafizəçinin ölümü ilə nəticələnən silahlı basqının təşkilində, 2013-cü ilin iyulunda Suriya sərhədi yaxınlığındakı Reyhanlı şəhərində 53 nəfərin ölümü, 155 nəfərin isə yaralanması ilə nəticələnən iki partlayışın törədilməsində ittiham olunur.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.