banner
banner

Dünya

Avropada üçüncü dalğa təhlükəsi - ÜST xəbərdarlıq etdi

Avropada üçüncü dalğa təhlükəsi -

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xüsusi nümayəndəsi David Nabarro 2021-ci ilin əvvəllərində Avropada üçüncü koronavirus dalğasının gözlənilməsi barədə xəbərdarlıq edib.

Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Nabarronun fikrincə, Avropa ölkələri birinci dalğanı nəzarət altına almağı bacarsa da, koronavirusun ikinci dalğasının qarşısını ala bilməyiblər.

"Avropanın reaksiyası yarımçıq qaldı. Birinci dalğaya nəzarəti ələ aldıqdan sonra yay aylarında lazımlı infrastruktur qurma fürsətini əldən verdilər. İndi isə ikinci dalğa var. Lazımi infrastrukturu indi qurmasalar, gələn ilin əvvəlində üçüncü dalğa baş verəcək".

ÜST-nin xüsusi nüayəndəsi qeyd edib ki, bir çox Qərbi Avropa ölkəsi virusu yenidən nəzarət altına almaq üçün sərt təcrid rejiminə meyilli olmamalıdır.

Şərqi Asiya ölkələrinə gəldikdə isə Nabarro bildirib ki, hakimiyyət və əhali arasında "aydın ünsiyyət" sayəsində koronavirusla bağlı vəziyyət daha yaxşıdır.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.