banner
banner

Sağlamlıq

Arıqladan sirkəli sarımsaq turşusu

Arıqladan sirkəli sarımsaq turşusu

Pəhriz siyahılarının məşhur menyularından olan alma sirkəli sarımsaq turşusu 3 ayda 25 kq çəki itirməyə kömək olur.

 

Bəs sarımsaq turşusu insanı necə arıqladır? Ağızda xoşagəlməz qoxu yaradırmı? Faydaları nələrdir?

Axşam.az bütün sualların cavabını təqdim edir.

Sarımsaq çox güclü antioksidant qaynağıdır. Xüsusilə, xərçəngə qarşı qoruyucu gücə malik olan sarımsaq Alzheymer kimi xəstəliklərin müalicəsi üçün də təbii vasitələrdən biridir. Bununla yanaşı, artıq çəkidən qurtulmaqda ideal rol oynayır.

Bu məqamlara diqqət etmək lazımdır:

Hər kəsin asanlıqla istifadə edə biləcəyi sarımsaq turşusunun saxlandığı qabın qapağı kip şəkildə bağlanmalıdır. Bu turşu hazırlandıqdan 15 gün sonra istifadə oluna bilər. Yeməkdən öncə sadəcə bir çay qaşığı qəbul etməyiniz kifayətdir. Ağızda tünd qoxunun qalmaması üçün yedikdən sonra üzərindən su içə bilərsiniz.

Hazırlanma qaydası:

1 litr təmiz alma sirkəsi

250 qram döyülmüş sarımsaq

1,5 litrlik şüşə qab

Alma sirkəsi ilə sarımsağı qarışdırıb işıq şüaları düşməyən, qaranlıq yerdə saxlayın. 15 gündən sonra çıxarıb istifadə edin.

Faydaları:

Metabolizmi sürətləndirərək yağların yandırılmasına yardımçı olur. Buna görə də qısa müddətdə effektiv nəticə göstərir. Toxluq hissi verir. Dərinin sağlamlığını qoruyur və ləkələrin yaranmasının qarşısını alır. Bağırsağın fəaliyyətini yaxşılaşdırır və həzmi sürətləndirir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.