banner
banner

İdman

“Liverpul” liderliyə şərik olub

“Liverpul” liderliyə şərik olub

İngiltərə Premyer Liqasında IX tur davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün daha 4 görüş keçirilib.

Mövsümə qələbələrlə başlamasına baxmayaraq, son 3 matça məğlubiyyətləri sıralayan “Everton” autsayderlər zonasında qərarlaşan “Fulhem”in qonağı olub. 5 qolun vurulduğu Londondakı matçda “Everton” çətin qələbəyə sevinib.

“Arsenal” “Lids”lə səfər oyununda qolsuz bərabərə qalıb.

Turun mərkəzi matçında son çempion “Liverpul” turnir cədvəlindəki qonşusu “Lester”i qəbul edib. Qarşılaşmadan qalib ayrılan “qırmızılar” həm rəqibi turnir cədvəlində geridə qoyub, həm də “Tottenhem”ə liderlikdə şərik olub.

Tura noyabrın 23-də keçiriləcək “Bernli” – “Kristal Pelas” (21:30) və “Vulverhempton” – “Sauthempton” (00:00) oyunları ilə yekun vurulacaq.

İngiltərə Premyer Liqası
IX tur
22 noyabr
“Fulhem” – “Everton” – 2:3
Rid, 15, Loftus-Çek, 70 – Kalvert-Lyuin, 1, 29, Dukur, 35
“Şeffild Yunayted” – “Vest Hem” – 0:1
Haller, 56
“Lids” – “Arsenal” – 0:0
“Liverpul” – “Lester” – 3:0
Evans, 21 (avtoqol), Jota, 41, Firmino, 86

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.