banner
banner

İdman

Maradonanın oğlu reanimasiyaya yerləşdirilib

Maradonanın oğlu reanimasiyaya yerləşdirilib

Ötən gün dünyasını dəyişmiş əfsanəvi futbolçu Dieqo Maradonanın oğlu kiçik Dieqo Maradona öz atasının ölümü haqqında bildikdən sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

“Report” xəbər verir ki, bu barədə tanınmış jurnalist Tankredi Palmeri özünün tvitterdəki səhifəsində bildirib.

"Təəssüf ki, "sarı mətbuat" nümayəndələrindən biri reaksiyasını öyrənmək üçün ona zəng vurub və kiçik Dieqo atasını itirdiyini bilib", - Palmeri sosial şəbəkədə yazıb.

Qeyd edək ki, əfsanəvi futbolçu noyabrın 25-də 60 yaşında ürəktutmasından ölüb. Onun oğlu koronavirusa yoluxduğundan xəstəxanaya yerləşdirilib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.