Fransa Senatı qərəzli mövqe nümayiş etdirir. Senat Fransa hökumətini qondarma “Dağlıq Qarabağı” tanımağa çağıran məsləhət xarakterli qətnaməni müzakirəyə çıxarıb və qərarı səs çoxluğu ilə qəbul edib.
Azərbaycan Televiziyasının Fransadakı müxbiri Elzar Ağayev məsələ ilə bağlı canlı yayıma qoşularaq məlumat verib.
O qeyd edib ki, fransalı ekspertlər bu cür təzyiq cəhdlərinin heç bir nəticə verməyəcəyini, əksinə, Fransanın beynəlxalq aləmdəki mövqeyinə, həmçinin Azərbaycan və Türkiyə ilə münasibətlərinə zərbə vuracağını bildirir.
Qətnamənin mətnindən də aydın olur ki, layihə müəllifləri Dağlıq Qarabağın erməni əhalisinin taleyindən çox Azərbaycan və Türkiyənin güclənməsi, birlik nümayiş etdirməsindən narahatdırlar. Qətnamədə Türkiyənin adının bir neçə dəfə çəkilməsi müxbir tərəfindən Fransanın bu ölkəyə qısqanc münasibətinin təzahürü kimi qiymətləndirilib.
Qeyd edək ki, Azərbaycanın haqlı mövqeyini dəstəkləyən senatorlar müzakirələrə çağırılmayıblar. Çıxış edən senatorlar isə həddindən artıq qərəzli mövqe nümayiş etdiriblər.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.