Ermənistanın baş naziri Nikol Paşinyan bir saatda iki dəfə Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb.
Bizim.Media Ermənistan KİV-nə istinadla xəbər verir ki, tərəflər Qarabağdakı vəziyyəti müzakirə ediblər.
Laçın dəhlizi boyunca yerləşən yaşayış məntəqələri, hərbi əsirlərin və ölənlərin cəsədlərinin mübadiləsi, itkin düşənlərin axtarışı, sülhməramlıların yerləşdirilməsi, eləcə də bölgədəki nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması ilə bağlı məsələlər diqqətdə olub.
Paşinyan bildirib ki, bu cür müzakirələr müntəzəm aparılır, bu barədə hər zaman rəsmi açıqlama verilmir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.