Ötən ay qız övladı dünyaya gələn aktrisa Sinem Kobalın qısa müddətdə artıq çəkidən azad olması və əvvəlki görünüşünə qayıtması hamını təəccübləndirib.
Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, Kobalın arıqlama sirri bəlli olub. Aktrisa pandemiya dövrü olduğuna görə onlayn idman proqramı ilə artıq çəkisindən azad olub.
Hər gün evində məşq edən Sinem qızı Lalinin qidası və sağlamlığı ilə də maraqlanır. Hazırda aktrisa yenidən çəki almamaq üçün pəhriz yeməkləri yeyir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.