banner
banner

Hərbİ

Azərbaycan cəbhədə səngərləri möhkəmləndirir - Erməni KİV

Azərbaycan cəbhədə səngərləri möhkəmləndirir

Azərbaycanın silahlı bölmələri bu günlərdə Ermənistanla sərhəddə öz səngərlərinin möhkəmləndirilməsi ilə bağlı mühəndis işləri aparır. 

Oxu.Az news.am saytına istinadla xəbər verir ki, bu barədə “Aykakan jamanak” qəzeti yazıb. 

“Bir neçə gün əvvəl bizim müxbir Erasx-Sədərək sərhədi zonasında qarşı tərəfin buldozerlə səngərlərini möhkəmləndirdiyini qeydə alıb. Tavuş əyalətinin İcevan regionundan əldə etdiyimiz məlumata əsasən, bu cür işlər Kayan-Qazax ərazisində də aparılır. 

Hər iki halda erməni tərəfində qarşı tərəfin texnikasının necə işlədiyi aydın eşidilir. Dünən “Facebook” sosial şəbəkəsində azərbaycanlıların Noemberyan regionu ilə sərhəd ərazisində öz mövqelərini möhkəmləndirməsi barədə məlumatlar yayılıb”, “Aykakan jamanak” qeyd edib. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.