banner
banner

Sosİal

Başdaşları 50 sm olacaq – Qanun layihəsi

Başdaşları 50 sm olacaq

“Mərasim yerləri ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti iş aparır. O qədər mərasim yeri tikiləcək ki, yas çadırlarına ehtiyac qalmayacaq”.

"Qafqazinfo" xəbər verir ki, bunu Dini Qrumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O bildirib ki, bir müddətdən sonra yas çadırları dövriyyədən çıxacaq: “Ümumiyyətlə, yas mərasimlərinin sadələşdirilməsinin bircə yolu var. O da mərhumun məscidə aparılması zamanı cənazə namazının qılınmasıdır. Namazdan sonra hərə öz evinə getməlidir”.

Qəbiristanlıqlarla bağlı yeni qanun layihəsinin Nazirlər Kabinetində olduğunu deyən M.Qurbanlı həmin qanunda istisna halların olduğunu söyləyib: “Bu təklif ya qanun formasında, ya da qərar şəklində olacaq. Hazırda həmin təklif Nazirlər Kabinetindədir. Həmin qanunda qəbristanlıqların yaşayış yerindən 100 metr aralıda olması, dəfn mərasimlərinin təşkili, qəbirlərin, onların ölçüləri ilə bağlı məsələlər də öz əksini tapacaq. Qanunda baş daşının ölçüsü 0,50 sm, sinə üstü daşın ölçüsü 60 sm olacaq. Qəbir yerinin yanında torpaq saxlamaq isə yalnız istisna hallarda mümkün olacaq. Məsələn, əgər əri ölübsə həyat yoldaşının onun yanında dəfn edilməsi və ya qadın öldüyü halda ərinin onun yanında torpağa tapşırılması üçün həmin qəbir yerinin yanında torpaq saxlamaq mümkün olacaq”.

M.Qurbanlı ölkədə xanım din xadimlərinin çatışmazlığı məsələsinə də toxunub. O bildirib ki, həqiqətən də bu problem var: “Mən bu məsələnin həlli ilə bağlı şeyxlə də danışıqlar aparacam. Qeyd edim ki, hazırda qadın məclisləri başdan-ayağa xürafatdır. Əgər həmin din xadiminin tərcümeyi- halına baxanda dəhşətə gələrsən. Deyirsən ki, o hara, din hara?”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.