Nərimanov rayon icra başçısı avtoyuma biznesi açıb.
Abdin Fərzəliyev rayondakı əksər məntəqələri yaxın adamlarına həvalə edib. Nərimanov rayonunda 50 kvadrat metrlik boş yerlərin hamısı nəzarətə alınıb və onlar avtoyuma məntəqələri açmaq istəyənlərə satılır.
Məlumatlara görə, Nərimanov rayonunda avtoyuma məntəqələrinin çoxluğu kifayət qədər narazılığa da səbəb olur. Çünki Fərzəliyevin pul qazanmaq üçün satdığı yerlərin bəziləri kiçik məhəllələrdə yerləşir. Bu isə avtomobillərin hərəkət etməsinə mane olmaqla yanaşı, həm də istifadə olunmuş suyun normal qaydada kanalizasiyaya axmasına əngəl olur. Nəticədə, məhəllə içlərindəki avtoyuma məntəqələrinin istifadə etdikləri sular evlərin zirzəmilərinə dolmağa başlayır. Onu da bildirək ki, Nərimanov rayonunda 50 kvadratlıq avtoyuma yerlərinin qiyməti heç də ucuz deyil. Bunun üçün sahibkar ən azından 25 min manatından keçməlidir. Nərimanov rayon İcra Hakimiyyətinin xüsusi təyin olunmuş işçiləri isə Fərzəliyevə aid olmayan məntəqələrdən aylıq haqq yığır.//TİA.Az
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.