banner
banner

Dünya

Putin ABŞ-ı hədələdi

Putin ABŞ-ı hədələdi

ABŞ-ın 173-cü briqadası desantçılarının ukraynalı hərbçilərə təlim keçmək üçün Kiyevə gəlməsi Rusiyanın narahatlığına səbəb olub.
Prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın Ukraynaya desant qüvvələri göndərməsini pisləyib. O deyib ki, bu, Ukraynanın şərqindəki vəziyyəti daha da pisləşdirəcək və gərginləşdirəcək.
Ümumiyyətlə, ABŞ Ukraynanın qərbinə 300-dək desantçı göndərib. Onlar Ukrayna Milli Qvardiyasına təlim keçməklə məşğul olacaqlar. İlkin olaraq 2014-cü ildə səfərbərliyə çağrılmış 900 nəfərə təlim keçiriləcək. Təlimlərdə əsas məqsəd hərbi döyüş funksiyaları və hərbi heyətlərin peşəkarlığının artırılmasıdır.
Xatırladaq ki, ötən ilin aprelindən indiyədək Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6 mindən çox insan həlak olub.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.