banner
banner

Gündəm

BQXK-dan əsirlərlə bağlı açıqlama

BQXK-dan əsirlərlə bağlı açıqlama

"Silahlı münaqişə tərəfləri saxladıqları şəxslər haqqında Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məlumat verməlidir”.

Bunu “Report”a açıqlamasında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova deyib.

“Qurum mandatına uyğun olaraq, həmin şəxslərə baş çəkir və saxlanma şəraiti, onlarla rəftarla maraqlanır. Həmçinin həmin şəxslərin ailələri ilə əlaqə yaratmasına imkan yaradır. Saxlanılan şəxslərin azad olunması ilə bağlı qərar münaqişə tərəflərinin səlahiyyətlərindədir. Münaqişə tərəfləri azad etməklə bağlı qərar verdikdə, saxlanılan şəxs qayıtmaqla bağlı öz arzusunu bildirdikdə və digər tərəf həmin şəxsi qəbul etdiyi zaman BQXK həmin şəxsin geri qaytarılması əməliyyatının təşkilinə kömək edir. Bir daha qeyd edək ki, saxlanılan şəxslərin azad olunması barədə qərar saxlayan tərəflərdən asılıdır. BQXK münaqişə tərəfləri ilə ikitərəfli konfidensial dialoq aparır və həmin dialoqun məzmunu ictimaiyyətə açıqlanmır”, - deyə, o əlavə edib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.