Respublika Gigiyena və Epidemiologiya Mərkəzində (RGEM) özbaşınalıq hökm sürür. Tia.az-ın əldə etdiyi xəbərə görə, RGEM rəhbərliyi öz əməkdaşlarının maaşını kəsib. Mərkəzin işçiləri əmək haqlarını vaxtında ala bilmir. Verilən maaş da kəsilərək işçilərə çatır. Son aylar RGEM-də bu vəziyyət yaranıb.
Qurumun baş direktoru Akif Əlibəyov bu vəziyyəti Avropa Oyunları ilə əlaqələndirib.
Tia.az-a verilən xəbərə görə, işçilər baş direktora etiraz etməyə başlayıb. Qeyd edək ki, bir çox idarə və müəssisə, dövlət qurumlarının rəhbərləri Avropa Oyunlarını bəhanə edərək, işçilərin maaşlarını yubadır, onlara qanunla nəzərdə tutulan əlavə ödənişləri, məzuniyyət pullarını ödəməkdən imtina edirlər. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə Avropa Oyunları arasında bağlılıq tapmaq isə çətindir.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.