banner
banner

Gündəm

TQDK bu rayonlarda imtahan keçirəcək

TQDK bu rayonlarda imtahan keçirəcək

11-ci siniflərdə keçirilən monitorinq imtahanları davam edir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Cia.az-a verilən məlumata görə, Bak və Sumqayıt şəhərlərinin orta ümumtəhsil məktəblərinin 11-ci sinifində təhsil alan şagirdlər üçün keçirilən monitorinq imtahanları yekunlaşıb.
Növbəti monitorinq imtahanları 20 və 21 aprel tarixlərində regionlarda (Naxçıvan, Gəncə, Ağcabədi, Tovuz, Goranboy, Şəki, Mingəçevir, Qəbələ, Qax, Oğuz, Göyçay, Ağdaş, Yevlax, Şirvan, Salyan, Lənkəran, Neftçala, Quba, Qusar və Xaçmaz) aparılacaq.
TQDK-dan bildirilir ki, imtahanların keçirilməsi üçün Respublika üzrə Azərbaycan dili fənnindən 286 məktəb üzrə 16500, riyaziyyat fənnindən 243 məktəb üzrə 16534, fizika fənnindən 275 məktəb üzrə 15856 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.