Türkiyəli aktrisa Hülya Koçyiğit maraqlı açıqlamaları ilə diqqət çəkib.
Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, aktrisa illərdir səhnədə olmasına baxmayaraq, hələ də teatrda və çəkiliş meydanında ilk günkü qədər həyəcanlandığını bildirib:
“Səhnədə tamaşaçıları gördüyüm an hər şeyi unuduram. Lakin çıxana qədər həyəcandan əlim əsir”.
O, uşaqikən bir operanı izlədikdən sonra aktrisa olmaq qərarına gəlib:
”O, operanı izlədikdən sonra aktrisa olmaq istədim. Məhəlləmizdəki uşaqları çağırıb anamın tikdiyi pərdələrlə oyun oynayırdıq .Onlara müəyyən rollar verirdim. Sonra o pərdələri büküb yerinə qoyurdum. Belə etdiyimə görə anam məni döyürdü”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.