Son zamanlar gündəmdən düşməyən aktrisa Qonca Vuslateri bu dəfə “İbo Şou“ verilişinin qonağı olub.
Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, Vuslaterinin proqramda geyindiyi paltarı müzakirələrə səbəb olub.
Tünd qırmızı rəng kostyum geyinən Qonca eyni rəngli dodaq boyasından istifadə edib.
Sosial media istifadəçiləri aktrisanın yeni tərzini qiymətləndiriblər. Bəziləri onun Canseverə, böyük əksəriyyəti isə “O Ses Çocuklar” yarışmasının qalibi Şahin Kendircinin uşaqlıq dövrünə bənzədiyini bildirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.