Türkiyəli aktrisa Pelin Karahanın yeni layihəsi bəlli olub.
Axşam.az türk mətbuatına istinadən bildirir ki, aktrisa uzun müddət aradan sonra yenidən ekrana qayıdır. Pelin bu dəfə “Dalgalar ve İzler” adlı ekran işində rol alacaq. Filmdə ana və qızının hekayəsindən bəhs olunur.
Karahan ekran işinin çox kədərli və qəmli ssenarisi olduğunu hətta oxuyarkən gözyaşlarına boğulduğunu bildirib:
“Ekran işində ana obrazındayam və balaca qızım var. Onlar həyatları boyunca bir çox faciə ilə üzləşirlər. Film real hadisələr əsasında lentə alınır. Buna görə də oxuyanda çox təsirləndim. Gözyaşlarımı saxlaya bilmədim. İnanıram ki, gözəl film olacaq”.
Artıq yeni ekran işinin çəkilişlərinə start verilib. Filmin ssenari müəllifi Yasemen Zorludur.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.