İraqın hökumət qüvvələri ABŞ-ın rəhbərlik etdiyi koalisiya təyyarələrinin dəstəyi ilə Əl Malxa və Əl Mazrah şəhərlərinə nəzarəti bərpa ediblər.
Bu barədə İraq generalı Ayad əl Lahabi deyib. O bildirib ki, İraq hərbçiləri bu gün ölkənin şimalındakı neftayırma zavodunun yerləşdiyi ərazini də nəzarətə götürüblər. Döyüşlərdə 160-a yaxın İŞİD silahlısı öldürülüb. İraq qüvvələri hazırda Beji zavodunu mühasirəyə alan silahlı qruplaşmanın blokadasını yarmağa cəhd göstərirlər. Xatırladaq ki, İraqın hökumət qüvvələri bu ayın əvvəlində Tikrit şəhərini də İŞİD-dən təmizləyiblər. Hazırda Ramadi şəhərində nisbi sakitlik hökm sürsə də, İraq və Suriyanın bir çox ərazisi bu terror qruplaşmasının nəzarətindədir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.