banner
banner

Gündəm

MTN-in Hərbi Hospitalında konfrans keçirilib

MTN-in Hərbi Hospitalında konfrans keçirilib

Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Hospitalında torakal cərrahiyyə üzrə beynəlxalq elmi-praktik konfrans keçirilib.
MTN-in İctimai Əlaqələr İdarəsindən Cia.az-a verilən məlumata görə, konfransın əhəmiyyətini vurğulayan MTN Hərbi Hospitalının rəisi Rüfət Əliyev belə tədbirlərin keçirilməsinin tibb sahəsində gənc kadrların bu sahəni daha dərindən mənimsəməsi istiqamətində böyük rola malik olduğunu qeyd edib. Hospital rəisi dövlət tərəfindən respublikanın səhiyyə sahəsində həyata keçirilən islahatlar, insan sağlamlığın qorunması istiqamətində görülən tədbirlər haqqında məlumat verib. Bildirib ki, ölkəmizdə tibb mütəxəssislərinin səhiyyə sahəsində yeni texnologiyalar, diaqnostika və müalicə üsulları barədə biliklərini artırması üçün hər cür şərait yaradılıb. Dövlət başçısı İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində bütün sahələrdə olduğu kimi Azərbaycan dövlətinin səhiyyə sahəsində fəaliyyətini beynəlxalq qurumlar da yüksək qiymətləndirir, bunu digər dövlətlərə nümunə göstərirlər. Bütün bunlar Vətənimizin gündən-günə artan beynəlxalq imicinin göstəricisidir.
Çıxış edən digər yerli və xarici mütəxəssislər də MTN-in Hərbi Hospitalının təşəbbüsü ilə bu müasir səhiyyə ocağında keçirilən konfransın böyük əhəmiyyətə malik olduğunu vurğulayıblar. Tədbirdə torakal cərrahiyyədə baş verən yeniliklər, əldə edilən nailiyyətlər haqqında verilən məlumatların gənc nəsil cərrahların təcrübəsinə yaxşı təsir edəcəyi və Azərbaycanda torakal cərrahiyyənin inkişafına böyük töhvə verəcəyi qeyd edilib. Bu cərrahiyyə növü haqqında danışılarkən bildirilib ki, torakal cərrahiyyə döş qəfəsi orqanlarında aparılan əməliyyatlardır. Belə əməliyyatlar həm açıq, həm də endoskopik şəkildə aparılır.
Məruzələrdə torakal cərrahiyyəyə aid ağciyərlər, plevra, orta divar aralığı, döş sümüyü və döş divarında cərrahiyyədə əldə olunan nailiyyətlərdən bəhs olunub. Türkiyə, Fransa, Rusiya, İtaliya və Belarusdan konfransa qatılan dünyanın aparıcı həkim-mütəxəssisləri və azərbaycanlı torakal cərrahlar müxtəlif təqdimatlarla çıxış ediblər.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.